2018-ci ilin birinci yarımiliyində illik inflyasiyada azalma meyli davam edib.
Mərkəzi Bankdan Oxu.Az-a verilən məlumata görə, inflyasiya təkrəqəmli səviyyədə sabitləşib.
İnflyasiyanın təkrəqəmli səviyyədə sabitlənməsi əhalinin real gəlirlərinin artımını dəstəkləyən mühüm amillərdən biri olub.
Məlum olur ki, 2018-ci ilin I yarımilliyində orta illik inflyasiya 3% təşkil edib. İstehlak qiymətləri indeksinin (İQİ) komponentləri olan ərzaq qiymətləri orta illik 3%, qeyri-ərzaq qiymətləri 3.8%, xidmətlər isə 2.4% dəyişib.
2018-ci ilin I yarımilliyində orta illik inflyasiya 3% təşkil edib. İQİ-nin komponentləri olan ərzaq qiymətlərində orta illik 3%, qeyri-ərzaq qiymətlərində 3.8%, xidmətlərdə isə 2.4% dəyişiklik qeydə alınıb.
Ümumilikdə, ilk altı ay ərzində 521 adda mal və xidmətdən 166-nın qiyməti azalıb, 56-nın qiyməti isə dəyişməz qalıb.
MB-dan bildirilir ki, manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, pul təklifinin optimal səviyyədə idarə olunması, inflyasiya gözləntilərinin azalması və mövsümi faktorlar inflyasiya tempinin aşağı düşməsini şərtləndirən başlıca amillərdən olub.