"Formula-1" üzrə Azərbaycan Qran-prisində ilk üçlükdə qərarlaşan pilotların mükafatlandırma mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, Bakıdakı əsas yarışın yekunlarına əsasən "Mercedes" pilotu Corc Rassell qalib adını qazanıb.
"Red Bull"un sürücüsü Maks Ferstappen ikinci, onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.
Mükafatlandırma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər iştirak ediblər.

Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub.
Oxu.Az xəbər verir ki, "Mercedes" pilotu Corc Rassell 51 dövrədən ibarət əsas yarışda bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb.
Beləliklə, britaniyalı pilot karyerasında ilk dəfə Bakıda keçirilən Azərbaycan Qran-prisində qalib olub.
"Red Bull" pilotu Maks Ferstappen ikinci, "Red Bull"un digər sürücüsü İsak Həcər isə üçüncü yeri tutub.
Bakıda keçirilən "Formula-1" üzrə Azərbaycan Qran-prisinin əsas yarışına start verilib.
Oxu.Az xəbər verir ki, 51 dövrədən ibarət yarış Bakı Şəhər Halqasında keçirilir.
"Mercedes" pilotu Corc Rassell yarışa pouldan başlayıb. "Ferrari"dən Şarl Lekler ikinci, "Maklaren"dən Oskar Piastri isə üçüncü sıradan start götürüb.
Çempionatın lideri Kimi Antonelli isə dünənki sıralama turunda qəza törətdiyi üçün yarışa 16-cı yerdən başlayıb.
Qeyd edək ki, Azərbaycan Qran-prisi "Formula-1" mövsümünün 15-ci mərhələsidir və əsas yarış 51 dövrədən ibarətdir.
Xatırladaq ki, Azərbaycan Qran-prisinədək "Mercedes"in italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla liderdir. Onun Böyük Britaniyadan olan komanda yoldaşı Corc Rassell (211 xal) ikinci, "Ferrari"dən Lüis Hemilton (191 xal) üçüncüdür.
Bakı Şəhər Halqasında 10-cu yubiley Azərbaycan Qran-prisinin açılış mərasimi keçirilib. Əsas yarışın startından əvvəl Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Oxu.Az xəbər verir ki, himni Azərbaycanın Xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov ifa edib.
Emosional ifanın son notlarından sonra diqqətlər yenidən ulduz pilotlara yönəlib. Artıq səhnə və mübarizə onlarındır.
Bir neçə saat sonra yubiley Azərbaycan Qran-prisinin qalibi bəlli olacaq. 51 dövrəlik gərgin mübarizənin sonunda pilotlardan biri podiumun ən yüksək pilləsinə qalxaraq Azərbaycan Qran-prisinin əsas kubokunu başı üzərinə qaldıracaq.
Bu kubok isə adi mükafat deyil. Onun dizaynında alov obrazı əks olunub. Bu element Azərbaycanın "Odlar Yurdu" kimi tanınmasını simvolizə edir.
Kubokun yan hissələrində Azərbaycan xalçaçılıq ənənələrindən ilhamlanan naxışlara da yer verilib. Beləliklə, "Formula-1"in dinamikası Azərbaycanın zəngin milli irsi ilə bir araya gətirilərək kubokun dizaynında öz əksini tapıb.
Himn səsləndi, açılış mərasimi başa çatdı. İndi isə əsas sual budur: finiş xəttini ilk kim keçəcək? Bu suala cavab bir qədər sonra Bakı Şəhər Halqasında bəlli olacaq.
"Formula-1" üzrə Azərbaycan Qran-prisinə bu gün yekun vurulacaq.
Oxu.Az xəbər verir ki, ilk olaraq "Formula 2"də ikinci əsas yarış keçiriləcək.
Sonra "Formula-1"də qalibin adına aydınlıq gələcək.
Beləliklə, Bakıdakı Qran-priyə yekun vurulacaq.
Qeyd edək ki, ötən gün "Formula-2"də "Dams Lukas Oil" komandasından Dino Beqanoviç sprint, "Rodin Motorsport"dan Aleks Dann birinci əsas yarışın qalibi olub.
"Formula-1"də isə "Mercedes" pilotu Corc Rassell sıralama turunda ən yaxşı nəticəni göstərib.
Azərbaycan Qran-prisinədək "Mercedes"in italiyalı pilotu Andrea Kimi Antonelli 292 xalla liderdir. Onun Böyük Britaniyadan olan komanda yoldaşı Corc Rassell (211 xal) ikinci, "Ferrari"dən Lüis Hemilton (191 xal) üçüncüdür.
Konstruktorlar Kubokunda da "Mercedes" liderdir - 503 xal. "Ferrari" ikinci (358 xal), "Maklaren" (306 xal) üçüncü pillədə qərarlaşıb.
Azərbaycan Qran-prisində son günün proqramı:
26 sentyabr
11:00. "Formula-2": İkinci əsas yarış
15:00. "Formula-1": Əsas yarış.