27 
Noy
2018
13:32
36
200
11871
Virtual karabakh

Mikayıl Cabbarov pensiya və sığorta islahatları barədə

27 Noy, 2018
13:32
11871

Mikayıl Cabbarov pensiya və sığorta islahatları barədə

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kölgə iqtisadiyyatında çalışan şəxslər pensiya və sosial sığorta sistemindən kənarda qalırlar. Bu isə gələcəkdə onları layiqincə pensiya almaq hüququndan məhrum edir.

Oxu.Az xəbər verir ki, bunu vergilər naziri Mikayıl Cabbarov Milli Məclisdə Vergi Məcəlləsinə edilən dəyişikliklərlə bağlı çıxışında qeyd edib.

Onun sözlərinə görə, yeni dəyişikliklər 100 minlərlə insanın pensiya sistemindən yaralanmasına  xidmət edəcək: 

“Bu il ərzində qeyri-leqal məşğulluqla bağlı 4100 cinayət halı aşkar edilib. Ancaq görülən tədbirlər istənilən nəticəni vermir. Məhz bu səbəbdən də Vergilər Məcəlləsinə edilən dəyişikliyin mahiyyəti qeyri-rəsmi verilən əməkhaqqlarının kölgədən çıxarılmasıdır. Bu da bir sıra sahələrin inkişafına xidmət edəcək. Eyni zamanda bankların kredit aktivliyinin yüksəlməsinə də xidmət edəcək və bank sistemində qeyri-nağd dövriyyəsinin artmasına imkan verəcək”.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri