26 
Sen
2019
16:37
151
82
11496
Virtual karabakh

Kredit götürmək istəyənlərin diqqətinə - Qiymətləndirmə sadələşəcək

26 Sen, 2019
16:37
11496

Kredit götürmək istəyənlərin diqqətinə - Qiymətləndirmə sadələşəcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Kredit Bürosu” MMC (AKB) yeni skorinq xidmətinin tətbiqi ilə bağlı layihə həyata keçirir.

Oxu.Az-ın xəbərinə görə, bu barədə şirkətin açıqlamasında bildirilib.

Bu məqsədlə avqustun 1-də Türkiyənin “Kredi Kayıt Bürosu” (KKB) ilə əməkdaşlığa dair müqavilə imzalanıb. Sentyabrdan isə birgə işlərə başlanılıb.

Skorinq xidməti 2020-ci ilin aprel ayından fəaliyyət göstərəcək.

Bu xidmət kredit tarixçəsi subyektləri haqqında toplanmış məlumatların təhlilinə əsasən borcalanın davranışlarını öyrənir. Əldə edilən nəticələr əsasında fərdi reytinqlərin hazırlanmasını və tətbiqini nəzərdə tutur.

Layihə kredit təşkilatlarında qiymətləndirmə prosedurlarının sadələşdirilməsi, əməliyyat xərclərinə qənaət edilməsi, kredit risklərinin azaldılması, habelə borcalanların maliyyə intizamının möhkəmləndirilməsinə xidmət edəcək.

Bu xidmətdən AKB-yə üzv təşkilatlarla yanaşı, kredit tarixçəsi subyektləri də istifadə edə biləcəklər.

Xatırladaq ki, AKB ötən il yanvarın 15-də yaradılıb. Onun nizamnamə kapitalı 2 milyon manatdır. Büronun səhmdarları hər biri 12,5% payla səkkiz bank - “Azərbaycan Beynəlxalq Bankı, “Bank Respublika”, “Xalq Bank”, “Kapital Bank”, “PAŞA Bank”, “Rabitəbank”, “Unibank” və “Ziraat Bank (Azerbaijan)” ASC-lərdir.

KKB-ni isə Türkiyənin doqquz aparıcı bankı 1995-ci ildə təsis edib. Türkiyə bazarında uğurla istifadə edilən skorinq modellərini bu qurumun komandası hazırlayır.

Aqşin Kərimov

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri