16 
Okt
2019
11:41
19
76
2624
Virtual karabakh

İdxal olunan avtomobillərin sayı açıqlandı

16 Okt, 2019
11:41
2624

İdxal olunan avtomobillərin sayı açıqlandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2019-cu ilin yanvar-sentyabr aylarında Azərbaycana 30 908 ədəd müxtəlif təyinatlı avtomobil idxal edilib.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 14 526 ədəd, yaxud 88,67 faiz çoxdur.

Son bir ildə sürücü daxil olmaqla, 10 və ya daha çox sərnişindaşıma üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 261 ədəd və ya 3,4 dəfə artaraq 371 ədəd olub.

Sərnişinlərin daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı 13 145 ədəd və ya 1,89 dəfə artaraq 27 825 ədəd, yük daşımaq üçün motorlu nəqliyyat vasitələrinin idxalı 1090 ədəd və ya 1,7 dəfə artaraq 2 597 ədəd, xüsusitəyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 30 ədəd və ya 1,35 dəfə artaraq 115 ədəd olub.

Könül Cəfərli 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri