Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Nazirlər parlamentə toplaşacaq
Milli Məclisdə dövlətin iqtisadi və maliyyə sahəsində məsul olan mərkəzi icra hakimiyyəti orqanları daha bir hesabatla çıxış edə bilər.
Oxu.Az-ın məlumatına görə, 2019-cu ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin yaxın zamanlarda parlamentdə müzakirə olunması gözlənilir.
Dövlət büdcəsinin icrası barədə illik hesabat və müvafiq qanun layihəsi təsdiq olunmaq üçün may ayının 15-dən gec olmayaraq, Milli Məclisə təqdim edilir.
Bu barədə “Büdcə sistemi haqqında” qanunda yazılıb.
Hesabatda bütün dövlət borcları ilə bağlı məlumatlar yazılır. Sənəddə dövlət qiymətli kağızları və verilən dövlət zəmanətləri, məqsədli büdcə fondlarının, yerli gəlirlərin vergi və digər ödəniş növləri üzrə icrası haqqında məlumatlar da əks olunur.
Hələlik qanun layihəsi Milli Məclisə daxil olmayıb. Onu da bildirək ki, parlamentin iclasında büdcənin icrası barədə sənədi bir qayda olaraq maliyyə naziri təqdim edir.
İclasda iqtisadi sahə ilə bağlı digər nazirliklərin rəhbərlikləri də iştirak edir.
Aqşin Kərimov
"Milli Məclis" teqi üzrə xəbərlər
- Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupundan Ermənistan TƏLƏB
- Milli Məclis xarici dövlətlərin parlamentlərini Ermənistana təzyiq etməyə çağırıb
- Ermənistanın siyasəti iflasa uğradıldı: Keçmiş prezidentlər özlərini necə ifşa etdilər?
- BMT çərçivəsində yeni beynəlxalq konvensiya qəbul ediləcək - Deputat AÇIQLADI
- 30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış