Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Azərbaycan-Yaponiya İnvestisiya Forumu keçirilir - FOTO
Bu gün Azərbaycan-Yaponiya İnvestisiya Forumu keçirilir.
Oxu.Az-ın məlumatına görə, tədbirdə Azərbaycan Sahibkarlar Konfederasiyası ilə Yaponiyanın TET şirkəti (Beynəlxalq İnkişaf) arasında anlaşma memorandumu imzalanıb.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışı zamanı bildirib ki, 8 Noyabr - Zəfər günündən ötən qısa müddətdə Prezident İlham Əliyevin rəhbərliyilə başlamış quruculuq işləri uğurla davam edir:
“Azərbaycan azad edilmiş torpaqlarında dünyanın ən son texnoloji uğurlarını tətbiq edərək, “ağıllı kənd”, “ağıllı şəhər” layihələrini sürətlə həyata keçirir. Qarabağda və Şərqi Zəngəzurda müasir şəhərsalma standartlarına uyğun quruculuq işləri, iqtisadiyyatın bərpa edilməsi və dirçəldilməsi üçün böyük investisiya imkanları yaradır.
Heç şübhəsiz ki, bu imkanlar barədə bugünkü Azərbaycan-Yaponiya İnvestisiya Forumunda iştirak edən investorlara da məlumat veriləcək. Yaponiya şirkətləri Azərbaycanda neft-qaz və energetika sənayesində aktiv fəaliyyətə, ölkəmizdə kommunikasiyaların yenidən qurulması və təchizatı, ekologiya, infrastruktur, Azərbaycan mütəxəssislərinin təlimi və s. sahələrdə yaxından iştirak edirlər”.
O qeyd edib ki, 2020-ci ilin yekunlarına görə, Azərbaycanla Yaponiya arasında ticarət dövriyyəsi 200 milyon ABŞ dollarıdır.
İlhamə Əbülfət
FOTO: Firudin Səlimov
"İlham Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev monteneqrolu həmkarına başsağlığı verib
- Brüsselin Vilnüs üzərindən başsağlığı zəngi
- Anar İsgəndərli: "2025-ci ildə müxtəlif sahələrdə ciddi irəliləyişlərin şahidi olacağıq"
- Prezident 2025-ci ilin prioritetini elan etdi - "Böyük Qayıdış proqramı"nın icrası sürətlənəcək
- Prezident İlham Əliyev Şahdağ Turizm Kompleksində görülən bir sıra işlərlə tanış olub