30 
Sen
2022
17:38
231
69
1944
Virtual karabakh

“ƏDV-nin ləğvi məhsulların qiymətini mütləq azaldar” - Professordan deputatların təklifinə dəstək + FOTO

30 Sen, 2022
17:38
1944

“ƏDV-nin ləğvi məhsulların qiymətini mütləq azaldar” - Professordan deputatların təklifinə dəstək + FOTO

Milli Məclisin bu gün keçirilən iclasında deputatlar ərzaq məhsullarının bahalaşmasını önləmək istiqamətində fikirlər səsləndiriblər. Bildirilib ki, pərakəndə satış müəssisələrində ərzaq məhsullarına da, digər məhsullar kimi, 18 faiz əlavə dəyər vergisi (ƏDV) tətbiq edilir və bu məbləğ indiki halda olduqca çoxdur. Ona görə də ƏDV-nin faizini endirmək və ya onun tamamilə ləğv olunması daha məqsədəuyğundur.  

Məsələyə münasibət bildirən Bakı Ali Neft Məktəbinin (BANM) dosenti Altay İsmayılov Oxu.Az-a açıqlamasında bildirib ki, ən çox bahalaşma ərzaq məhsullarında olduğuna görə, əlbəttə ki, ƏDV-nin ya minimallaşdırılması, ya da ləğvi qiymətlərin azalmasına mütləq təsir edəcək: 

“Çünki bu gün bizdə rəsmi inflyasiya ərzaq məhsullarında təxminən 20 faiz civarındadır. Əlavə dəyər vergisi 18 faiz, bəzi məhsullarda isə daha azdır. Yəni istənilən halda ƏDV-nin ləğvi artım faizinə yaxın bir faizin yox olması deməkdir. O baxımdan gəliri yetərli səviyyədə olmayan qruplar üçün bu, olduqca müsbət addımdır və qiymətlərin azalmasına təsir edə bilər”. 

Sayad Həsənli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri