24 
Noy
2022
13:20
105
37
1191
Virtual karabakh

Agentlik sədri: “Turizm sektoru yaxın iki ildə tam bərpa olunacaq”

24 Noy, 2022
13:20
1191

Agentlik sədri: “Turizm sektoru yaxın iki ildə tam bərpa olunacaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanda turizm sektorunun yaxın iki il ərzində tam bərpa olunması gözlənilir”.

Bunu “Report” açıqlamasında Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib.

“Hesab edirik ki, gec-tez 2019-cu ilin rekord göstəricilərinə yaxınlaşacağıq. Turizm tez bərpa olunan sahədir. Biz coğrafiyamızı genişləndiririk, turizm üçün yeni bazarlar açırıq. Hesab edirik ki, turizm tam bərpa olunacaq və müsbət dinamika davam edəcək. Ənənəvi ölkələr var ki, Azərbaycana daha çox həmin ölkələrdən xarici vətəndaşlar səfər edirlər.

Bu ilin qış mövsümü üçün marketinq işlərini daha çox MDB, Yaxın Şərq və Avropa ölkələrində aparmışıq. Qarşıdan Yeni il bayramı gəlir. Azərbaycanda üç qış turizm kompleksi - Şahdağ, Tufandağ və Naxçıvanda olan Ağbulaq kompleksi var. Düşünürük ki, yeni açdığımız bazarlardan bizə turistlər gələcəklər”, - deyə o qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri