Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Orxan Məmmədov: “KOBİA 3 minə yaxın sahibkarın iştirakı ilə 137 görüş keçirib” - FOTO
“2022-ci ildə də KOBİA biznes mühitinin yaxşılaşdırılması, KOB sektorunda qanunvericiliyin və biznesə dövlət xidmətlərinin təkmilləşdirilməsi prosesində aktiv iştirak edib, yeni KOB subyektlərinin yaradılması və mövcud KOB-ların inkişafını müxtəlif mexanizmlər vasitəsi ilə dəstəkləyib, sahibkarların qanuni maraqlarının qorunmasına, bazarlara, bilik və innovasiyalara, maliyyə resurslarına çıxışına dəstək göstərib”.
Oxu.Az-ın məlumatına görə, bunu KOBİA-da 2022-ci ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında agentliyin idarə heyətinin sədri Orxan Məmmədov bildirib.
Onun sözlərinə görə, agentlik tərəfindən sahibkarlıq sahəsində dövlət siyasətinin formalaşdırılması və tənzimlənməsində iştirak çərçivəsində ötən il KOBİA-nın təşəbbüsü ilə hazırlanmış normativ hüquqi aktlardan 2-si təsdiq edilib, 3 layihə razılaşdırılıb, müxtəlif istiqamətlər üzrə hazırlanmış 122 normativ sənəd layihəsinə agentlik tərəfindən rəy və təkliflər bildirilib:
“Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2022-ci il tarixli Fərmanı ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə” təsdiq edilib. “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” Qanun layihəsi Milli Məclisdə hər üç oxunuşdan keçib. Bu qanun mikro, kiçik və orta sahibkarlığın inkişafı sahəsində münasibətləri tənzimləyən və onlara göstərilən dövlət dəstəyinin təşviqinin forma və metodlarını müəyyən edəcək.
KOB-ların ehtiyaclarının, qarşılaşdığı çətinliklərin və təkliflərinin öyrənilməsi üçün Bakı şəhəri və ölkə regionları əhatə olunmaqla 2500-dən çox KOB subyektinin iştirakı ilə 9 sorğu keçirilib.
Agentliyin təşkilatçılığı ilə 3 minə yaxın sahibkarın iştirakı ilə 137 görüş, KOBİA yanında İctimai Şuranın təşkilatçılığı ilə isə 550-dən çox sahibkarın iştirakı etdiyi 7 ictimai müzakirə təşkil olunub”.
Daha çox şəkil burada: Photostock.az
İlhamə Əbülfət
"Milli Məclis" teqi üzrə xəbərlər
- "Ermənistan Qərb ölkələrinin təxribatlarında alət olmamalıdır" - RƏY
- Ruben Vardanyanın oğlu Azərbaycana qarşı kampaniyanı maliyyələşdirənlərdən olub - HESABAT
- COP29 ərəfəsində Azərbaycana qarşı təbliğat aparacaq veb-səhifələr yaradılıb - HESABAT
- Çoxdandır anons edilən reyestr ləngiyir, zərərçəkənlərin sayı isə artır - "Kaspi"nin ARAŞDIRMASI
- İki övladı olan şəxslərin hərbi xidmətə çağırılmaması təklif edilib