23 
May
2023
19:30
23
304
6627
Virtual karabakh

Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunun ödənilməsi qaydası müəyyənləşdi - QƏRAR

23 May, 2023
19:30
6627

Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunun ödənilməsi qaydası müəyyənləşdi - QƏRAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda vəfat edən şəxsin ipoteka krediti borcunu vərəsələri ödəyəcək.

“Report” xəbər verir ki, Konstitusiya Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında bununla bağlı qərar qəbul edib.

Qərara əsasən, Mülki Məcəlləyə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar.

Eyni zamanda Mülki Məcəllə və “İpoteka haqqında” qanuna uyğun olaraq, əsas öhdəlik üzrə borclu, o cümlədən əsas borclunun ölümü halında vərəsələr öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə (əsas öhdəlik pozulduqda) kreditor ipoteka predmetinə tutmanın yönəldilməsi barədə iddia qaldıra bilər.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri