İyl
2023
13:39
177
37
4573
Virtual karabakh

Azərbaycanda bəzi bankların lisenziyalarının ləğv edilməsi təklif olunur - FOTO

8 İyl, 2023
13:39
4573

Azərbaycanda bəzi bankların lisenziyalarının ləğv edilməsi təklif olunur - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün insanları narahat edən problemlərdən biri də bankların göndərdiyi yalançı mesajlardır. Mesaj göndərilir, kredit verilməsi təklif edilir, lakin vətəndaş müraciət edən zaman məlum olur ki, təklif edilən kredit ona düşmür. Əgər kredit düşmürsə, vətəndaşa niyə mesaj göndərilir?

Məsələ ilə bağlı “Trend”ə açıqlama verən iqtisadçı-ekspert Elşad Məmmədov bildirib ki, əhaliyə göndərilən həqiqəti əks etdirməyən reklam mesajları olduğu halda İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti mütləq hərəkətə keçməli və istehlakçıların hüquqları təmin olunmalıdır.

“Çünki reallığı əks etdirməyən reklam mesajları istehlakçıların bilavasitə hüquqlarının pozulması deməkdir, onların aldadılmasıdır, həm maddi nöqteyi-nəzərdən, həm vaxt baxımından itkisidir.

Düşünürəm ki, Mərkəzi Bank da ölkədə bank sektorunun tənzimlənməsi ilə bağlı funksiyalarını unutmamalıdır. Bu hallar təkrarlanacağı təqdirdə Mərkəzi Bank hətta lisenziyaların geri alınmasına qədər müvafiq tədbirləri həyata keçirə bilər. Çünki son nəticədə bank sektorunun inkişafı ölkə əhalisinin maddi və sosial rifahının yaxşılaşmasına xidmət etməlidir. Belə yalançı mesajlar olduqda isə biz əks-effektin şahidi oluruq, ölkə əhalisinin hüquqları kobud şəkildə pozulur”, - deyə o əlavə edib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri