23 
Okt
2023
16:00
78
14
629
Virtual karabakh

KOBİA-nın təlim və məsləhət xidmətlərindən cari ildə 9500-dən çox sahibkar faydalanıb - FOTO

23 Okt, 2023
16:00
629

KOBİA-nın təlim və məsləhət xidmətlərindən cari ildə 9500-dən çox sahibkar faydalanıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2023-cü ilin yanvar-sentyabr ayları ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) KOB inkişaf mərkəzləri tərəfindən sahibkarların, biznesə başlamaq istəyənlərin və startapların biznes biliklərinə yiyələnməsi və mövcud biliklərinin artırılması üçün 648 təlim keçirilib. Təlimlər “biznesə başla”, “layihə idarəetməsi”, “maliyyənin idarəolunması”, “satış”, “marketinq”, “rəqəmsal bacarıqlar”, “yaşıl iqtisadiyyat” və KOB-ların ehtiyacı olan digər istiqamətləri əhatə edib.

Bu barədə KOBİA məlumat yayıb.

Bildirilib ki, bu dövrdə KOB inkişaf mərkəzləri tərəfindən satış kanallarına çıxış, marketinq, biznesin planlaşdırılması, mühasibatlıq, hüquqi məsələlərlə bağlı 1 266 sahibkara və biznesə başlamaq istəyən şəxsə məsləhət xidməti göstərilib. 

Ümumilikdə, 2023-cü ilin doqquz ayı ərzində KOBİA tərəfindən göstərilən ödənişsiz təlim və məsləhət xidmətlərindən 9 500-dən çox KOB subyekti, startap və biznesə başlamaq istəyən şəxs yararlanıb.

KOBİA tərəfindən kənd təsərrüfatı, istehsal, xidmət və digər istiqamətlərdə 424 biznes planın ödənişsiz olaraq hazırlanmasına dəstək göstərilib. 

Agentliyin videotəlim platformasındakı onlayn təlim videolarından ödənişsiz olaraq 420 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb. 

Bu dövrdə 20 sahibkar və menecer beynəlxalq təcrübəyə yiyələnmək üçün KOBİA-nın əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan Birgə Proqramı” çərçivəsində Almaniyada ixtisasartırma kursu keçib.

Qeyd edək ki, KOB inkişaf mərkəzləri tərəfindən keçirilən təlimlərlə KOBİA-nın saytından tanış olmaq olar.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri