“Ağdam Sənaye Parkında dörd-beş müəssisənin inşasının yaxın zamanda yekunlaşacağı gözlənilir”.
Oxu.Az xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyev jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, həmin müəssisələrin 2024-cü ildə fəaliyyətə başlayacağı gözlənilir.
“Bunlar, əsasən, tikinti materialları, ayaqqabı, divar kağızı istehsalı müəssisələridir. Həmin müəssisələrinin tez zamanda açılışı gözlənilir. Eyni zamanda, Ağdam Sənaye Parkında infrastruktur işləri də aparılır”.
Nəzrin Vahid