25 
Okt
2023
13:10
92
13
6047
Virtual karabakh

İşçi gələcək ilin məzuniyyətini avans olaraq götürə bilərmi? - AÇIQLAMA + FOTO

25 Okt, 2023
13:10
6047

İşçi gələcək ilin məzuniyyətini avans olaraq götürə bilərmi? - AÇIQLAMA + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Elə işçi var ki, məzuniyyətə çıxmır və dolayısı ilə məzuniyyət günləri toplanır. Müvafiq qanunvericiliyin tələbləri pozulmasın deyə, işəgötürən işçinin mütləq qaydada məzuniyyətə çıxmasına şərait yaradır. Elə işçi də var ki, məzuniyyət günlərini artıq bitirib. Amma işçi növbəti il üçün nəzərdə tutulan məzuniyyət hüququndan istifadə etmək istəyir. 

Bəs qanun nə deyir, işçi gələcək ilin məzuniyyətini avans olaraq götürə bilərmi?

Məsələ ilə bağlı Oxu.Az-ın suallarını əmək qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov cavablandırıb. O bildirib ki, əmək məzuniyyəti hər il müvafiq iş ili üçün verilir.

İş ili isə işçinin işə götürüldüyü gündən başlanır və növbəti ilin həmin günü başa çatır:

“Əgər işçinin iş ili onun əmək məzuniyyətinə çıxmaq üçün müraciət etdiyi vaxtda başlamayıbsa, onda ona əmək məzuniyyəti yalnız iş ili başlanandan sonra verilə bilər. Göründüyü kimi, Əmək Məcəlləsinin 113.3-cü maddəsi iş ili başlamamış əmək məzuniyyətinin istifadə olunmasını qadağan edir.

Misal. İşçi 17.11.2021-ci il tarixində işə başlayıb. Onun iş ili 17.11.2021-17.11.2022 tarixlərini əhatə edəcək.

Fərz edək ki, işçi 15.07.2022-ci il tarixində işəgötürənə müraciət edərək 17.11.2021-17.11.2022-ci və 17.11.2022-17.11.2023-cü iş illərinin məzuniyyətindən birlikdə istifadə etmək istədiyini deyir. Bu halda işəgötürən ona yalnız cari iş ilinin əmək məzuniyyətini verməlidir.

Gələcək iş ilinin məzuniyyəti isə işçi və işəgötürənin razılığına əsasən, iş ili başladıqdan, yəni 17.11.2022-ci il tarixindən sonra istifadə edilə bilər. Əgər işçi 18.11.2022-ci il tarixində iki iş ilinin əmək məzuniyyətindən istifadə etmək istəyərsə, işəgötürənin razılığı ilə bu, mümkündür”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri