Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
AMB: “10 ayda manatın nominal effektiv məzənnəsi 21,6% möhkəmlənib”
Daxili valyuta bazarında tarazlığın qorunduğu şəraitdə manatın nominal effektiv məzənnəsi 2023-cü ilin 10 ayında 21,6% möhkəmlənib.
Bu barədə AMB məlumat yayıb.
Qeyd edilib ki, profisitli xarici ticarət balansı şəraitində (doqquz ayda 13,9 mlrd. ABŞ dolları) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 99%-də təklif tələbi üstələyib. Bu səbəbdən 10 ayda Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi 1 milyard 247,9 milyon ABŞ dolları təşkil etməklə alışyönlü olub.
Ən çox oxunanlar