30 
Noy
2023
16:42
39
14
1228
Virtual karabakh

Fərid Osmanov: “Açıq bankçılıq maliyyə inklüzivliyini artıracaq”

30 Noy, 2023
16:42
1228

Fərid Osmanov: “Açıq bankçılıq maliyyə inklüzivliyini artıracaq”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Açıq bankçılıq maliyyə inklüzivliyini artıracaq”.

Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) baş direktoru Fərid Osmanov bu gün Bakıda keçirilən “InMerge” İnnovasiya Sammiti çərçivəsindəki “Açıq bankçılıq və API qaydaları: Təhlükəsiz məlumat paylaşımını və ödəniş innovasiyasını təmin etmək” adlı paneldə deyib.

O bildirib ki, hazırda Azərbaycanda açıq bankçılıq mövcuddur və bunun hüquqi fundamenti var:

“Açıq bankçılıq” anlayışını tətbiq etməklə maliyyə qurumları bank tərəfdaşları və üçüncü tərəflərlə sürətli və effektiv əlaqə quraraq müştərilərə daha yaxşı xidmət göstərmək üçün ekosistemlərini genişləndirə bilərlər. Eyni zamanda, müştəri davranış qaydalarını izləyib, təhlil etməklə müştəri xidmətlərini daha da inkişaf etdirə bilərlər”.

Fərid Osmanov onu da əlavə edib ki, Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti ildən başlayaraq açıq bankçılığı daha çox təşviq etməyə başlayacaq.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri