22 
Fev
2024
13:40
34
11
890
Virtual karabakh

ING 2024-2025-ci illərdə Azərbaycanda uçot dərəcəsinin azalacağını proqnozlaşdırır

22 Fev, 2024
13:40
890

ING 2024-2025-ci illərdə Azərbaycanda uçot dərəcəsinin azalacağını proqnozlaşdırır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Niderlandın “ING Group” şirkəti Azərbaycan Mərkəzi Bankının (AMB) 2024-cü və 2025-ci illərdə uçot dərəcəsini azaldacağını proqnozlaşdırır.

Oxu.Az şirkətin açıqladığı proqnozlara istinadən xəbər verir ki, AMB 2024-cü ildə uçot dərəcəsini 7,5% səviyyəsinə endirəcək. 2025-ci ilin birinci rübündə uçot dərəcəsi 7,25%-ə, ilin sonunadək isə 6,5%-ə endiriləcək.

Hesabata əsasən, bu il və gələn il üçün açıqlanan yeni proqnoz yanvar ayının 11-də açıqlanan proqnoza nisbətən 0,5 faiz bəndi azdır.

Qeyd edək ki, AMB-nin İdarə Heyəti bu ilin yanvarın 31-də uçot dərəcəsini 0,25 faiz bəndi azaldaraq 7,75%-ə endirilməsi barədə qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 0,25 faiz bəndi azaldılaraq 6,25%-ə, yuxarı həddi isə 0,25 faiz bəndi azaldılaraq 8,75%-ə endirilib.

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri