28 
Fev
2024
19:25
74
62
1419
Virtual karabakh

Azərbaycanın iqtisadiyyat naziri “Yutong” şirkətinin nümayəndə heyəti ilə görüşüb - YENİLƏNİB + FOTO

28 Fev, 2024
19:25
1419

Azərbaycanın iqtisadiyyat naziri “Yutong” şirkətinin nümayəndə heyəti ilə görüşüb - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İqtisadiyyat Nazirliyində Çinin “Yutong Bus Co. Ltd” şirkətinin nümayəndə heyəti ilə keçirilən görüşdə ölkəmizlə potensial əməkdaşlıq sahələri, səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb edilməsi müzakirə edilib.

Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, İqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış “Yutong Bus Co. Ltd” şirkətinin nümayəndə heyəti ilə görüşüb.

Azərbaycan-Çin iqtisadi əlaqələrinin uğurla inkişaf etdiyi, Çinin ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olduğu vurğulanıb. Çin şirkətlərinin Azərbaycanda sənaye, kənd təsərrüfatı, ticarət, xidmət sektoru, inşaat, nəqliyyat və digər sahələrdə uğurla fəaliyyət göstərdiyi qeyd olunub. Azərbaycanın əlverişli biznes və investisiya mühiti, sərmayədarlar üçün yaradılan imkanlar, sənaye zonaları barədə məlumat verilib.

Görüşdə potensial əməkdaşlıq sahələri, səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb edilməsi imkanları nəzərdən keçirilib.

17:54

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Çinin kommersiya nəqliyyat vasitələrinin istehsalı üzrə ixtisaslaşmış “Yutong” şirkətinin nümayəndə heyəti ilə görüşüb.

Bu barədə nazir öz “X” hesabında paylaşım edib.

Bildirilib ki, görüşdə ölkəmizlə potensial əməkdaşlıq sahələri, səmərəli nəqliyyat ekosisteminin formalaşdırılması prosesinə qabaqcıl təcrübəyə malik şirkətin cəlb edilməsi barədə müzakirələr aparılıb.

 

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri