Ağdam rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyətləri məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bərdə-Ağdam-Xankəndi avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsində yaralanan 5 nəfər (kişi) Bərdə Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib:
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müvafiq şöbələrdə müalicələri davam etdirilir. 3 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir".
Ağdam rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Bərdə-Ağdam-Xankəndi yolunun Ağdam rayonunun Xıdırlı kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, adıçəkilən yolda 99-UA_251 dövlət nömrə nişanlı, "Renault Laguna" avtomobili hərəkət edərkən əks istiqamətdə olan QAZ markalı avtomobillə toqquşub. Qəza zamanı hər iki avtomobildə olan 6 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. Yaralıların üçünün vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.