Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfər dəniz kənarında köməksiz vəziyyətdə qalıb.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin "Bakı-bulvarı" dalğıc-axtarış qrupu cəlb edilib.
Ehtiyatsızlıqdan dəniz kənarına yıxılaraq qayalıqda köməksiz vəziyyətdə qalan 2006-cı il təvəllüdlü Mədət Fərhad oğlu Əliyev dalğıclar tərəfindən təxliyə edilib.