Bakıda zavodda ölüm hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə avqustun 27-də saat 16 radələrində Bakıda poladtökmə zavodunda qeydə alınıb. Paytaxt sakini 1986-cı il təvəllüdlü Mərdan Balaxan oğlu Əhmədov iş yerində elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırmalar aparılır.
Qaynar xətt:
(055) 224 12 12