Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Bakıda qadını maşın vurdu: Ağır yaralandı
Bakının Binəqədi rayonunda piyadavurma hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə saat 17:40-da qeydə alınıb.
Belə ki, metronun "Nəsimi" stansiyasının yaxınlığında yolu keçən piyada xanımı "Chevrolet" markalı 77-QH-918 dövlət nömrə nişanlı minik avtomobili vurub.
Şahidlərin sözlərinə görə, hadisənin baş verməsinə səbəb piyadanın yolu avtomobillər üçün nəzərdə tutulan hərəkət hissəsindən keçməyə cəhd etməsi olub.
Hadisə yerinə Təcili Tibbi Yardım Xidməti cəlb olunub. Xəsarət alan şəxsin vəziyyətinin ağır olduğu bildirilir.
Əzizə İsmayılova
"Piyadavurma" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər