Paytaxtın Yasamal rayonu, Kənar dairəvi yolda avtomobil qəzası olub.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yol-nəqliyyat hadisəsi səbəbindən "Lökbatan dairəsi" istiqamətində nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur.
Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması istiqamətində tədbirlər görülür.