Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda sərnişin avtobusu qəzaya uğradı
Paytaxtın Həsən bəy Zərdabi küçəsində 29 nömrəli marşrut avtobusunun işıq dirəyinə çırpılması nəticəsində iki nəqliyyat vasitəsi zərər görüb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən (DYP) məlumat verilib.
"Hadisə yanvarın 8-i saat 10:00-da Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində baş verib. 77-JK-251 dövlət nömrə nişanlı 29 nömrəli marşrut avtobusu idarəetməni itirərək işıq dirəyinə çırpılıb. Nəticədə işıq dirəyi aşıb və iki nəqliyyat vasitəsi zərər görüb", - deyə məlumatda qeyd olunub.
Paytaxtın Həsən bəy Zərdabi küçəsində, metronun "20 yanvar" stansiyası yaxınlığında 29 nömrəli marşrut avtobusu işıq dirəyinə çırpılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
Qəza nəticəsində avtobusa və yol təsərrüfatına maddi ziyan dəyib. Xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.
Sözügedən görüntünü təqdim edirik:
Aygün Mirakif
"Avtobus qəzası" teqi üzrə xəbərlər
- Türkiyədə avtobus aşıb: Dörd ölü, 32 yaralı
- Qvatemalada avtobusun aşması nəticəsində 50-dən çox adam ölüb
- Türkiyədə avtobus aşıb: Ölən və 30-dan çox yaralanan var
- Antalyada dəhşətli qəza - Sərnişin avtobusu uçuruma yuvarlandı: Yaralılar var
- Türkiyədə zəncirvari qəza: Avtomobillər yandı, ölən və yaralananlar var