Bakıda yataqxanada yanğın olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nəsimi rayonunda ikimərtəbəli yataqxana binasının 1-ci mərtəbəsində 50 m² sahədə məişət tullantıları yanıb. Yataqxana binası yanğından mühafizə olunub. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.