Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Beyləqanda avtomobil daş lövhəyə çırpıldı: Ölən var
Beyləqanda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, 1999-cu il təvəllüdlü Fuad Zaur oğlu Novruzov idarə etdiyi "Ford Transit" markalı avtomobili Birinci Aşıqlı kəndinin girişini göstərən daş lövhəyə çırpıb.
Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ancaq həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi açılıb.
"Avtomobil qəzası" teqi üzrə xəbərlər
- Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib: Xilasedici köməyinə ehtiyac yaranıb
- Qaydaları heçə sayaraq sürətlə "qırmızı"da keçib dəhşətli qəzaya səbəb oldu - ANBAAN VİDEO
- Bakıda gecə saatlarında ağır qəza nəticəsində həlak olan şəxs İŞ ADAMI İMİŞ
- Göygöldə sürücü idarəetməni itirdi, avtomobil aşdı: Xəsarət ALANLAR VAR
- Sürücülərin qaydalara məhəl qoymadığı "Qobu Park-3" dairəsi: Kimdir günahkar?
Ən çox oxunanlar