Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Binəqədidə müəssisə ərazisində yanğın olub
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda, ilkin məlumata görə, sex ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub".
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunublar:
"Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində sexin ərazisində tullantıların yığıldığı sahədə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb".
Binəqədidə müəssisə ərazisində yanğın olub

Binəqədidə müəssisə ərazisində yanğın olub

Məhərrəm Əliyev
"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
Ən çox oxunanlar