"Paytaxtın Xətai rayonu, Əhmədli qəsəbəsində baş verən sürüşmə nəticəsində bir avtomobilə dəymiş ziyan ödəniləcək".
Bunu Oxu.Az-a açıqlamasında Xətai Rayon İcra Hakimiyyətinin əməkdaşı Pənah İmanov deyib.

O bildirib ki, hazırda ərazidə araşdırma işləri aparılır:
"Araşdırmalar zamanı həmin avtomobilə dəymiş ziyan da müəyyənləşdiriləcək və ödəniləcək".
Xatırladaq ki, baş vermiş torpaq sürüşməsi nəticəsində ərazidə olan "Mercedes-Benz" markalı avtomobilə ziyan dəyib.
Əhmədlidə torpaq sürüşməsi zamanı avtomobilə dəymiş ziyan ödəniləcək - RƏSMİ
Samir Əli