Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Göyçayda intihar edən kişinin arvadı Somalidə öldürülübmüş
Göyçay rayonunun Ləkçıplaq kəndində özünü asan şəxslə bağlı bəzi yeni detallar məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Əflatun İsmayılovun psixoloji problemləri olub.
"Əflatun əvvəllər Türkiyədə turizm şirkətində işləyib. İki dəfə ailəli olub. Birinci ailəsindən iki oğlu var - biri 2005, digəri 2007-ci il təvəllüdlü. Birinci həyat yoldaşı o vaxt Somalidə öldürülüb.
Həyat yoldaşı öldürüləndən sonra onun psixoloji problemləri başlayıb. Deyirdi ki, yoldaşını gözünün qarşısında öldürüblər. Uzun müddət psixoloji problemlərdən əziyyət çəkib, amma müalicə almayıb. İkinci dəfə ailə qurandan sonra isə Ləkçıplaq kəndində yaşayıb. İkinci ailəsindən övladı olmayıb. Dünən evdə heç kimin xəbəri olmadığı bir şəraitdə özünü asıb. İntihar səbəbi bəlli deyil. Bir azdan dəfn olunacaq", - əldə edilən məlumatda bildirilib.
Xatırladaq ki, 2016-cı ilin martın 30-da Somalinin paytaxtı Moqadişoda sərnişin mikroavtobusuna hücum nəticəsində həlak olanlar arasında ötən gün yaşadığı evdə özünü asan Əflatun İsmayılovun həyat yoldaşı 1982-ci il təvəllüdlü İsmayılova Kəmalə Savalan qızı da olub.
Hadisə zamanı onun iki oğlu - 11 yaşlı Nihad və 10 yaşlı Nicat İsmayılovlar isə ağır bədən xəsarətləri ilə paytaxt xəstəxanalarından birinə yerləşdiriliblər. Qanlı olaydan xəbər tutan Kəmalə İsmayılovanın həyat yoldaşı İsmayılov Əflatun Veysəl oğlu həmin vaxt koma vəziyyətinə düşüb.
Əzizə İsmayılova
Göyçay rayonunda intihar hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Ləkçıplaq kəndində qeydə alınıb.
Bildirilib ki, aprelin 27-də saat 18 radələrində 1977-ci il təvəllüdlü Əflatun İsmayılov yaşadığı evdə özünü asıb.
Aytac Qasımova