İmişli rayonunda 29 yaşlı kişi balıq tutarkən boğulub.
Oxu.Az-ın məlumatına görə, hadisə Araz çayının rayonun Göbəktala kəndinin ərazisindən keçən hissəsində baş verib.
Şəhər sakini 1997-ci il təvəllüdlü Elgün Vahid oğlu Həsənov çayda balıq tutarkən ehtiyatsızlıqdan çaya yıxılıb. O, çayda boğulub ölüb.
E.Həsənovun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Qaynar xətt:
(055) 224 12 12