Prezident İlham Əliyevin sərəncamı ilə bir sıra məhkəmələrə sədr və sədr müavinləri təyin edilib. O cümlədən, Xəzər Rayon Məhkəməsinin hakimi Hüseyn İnanc oğlu Hüseynli tutduğu vəzifədən azad edilib, digər sərəncamla Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.
Oxu.Az-ın məlumatına görə, yeni təyinat alanlardan biri - H.Hüseynli Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) Azərbaycandan olan hakimi Lətif Hüseynovun qardaşı oğludur.
Samir Əli