Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində hərəkətdə olan qayıq restorana çırpılıb.
Baku TV-nin məlumatına görə, hadisənin səbəblərini müəyyənləşdirmək məqsədilə ərazidə olan sakinlərlə söhbət aparılıb. Onlar qəzanın ehtiyatsızlıq və ya qayığın yüksək sürətlə idarə olunması səbəbindən baş verə biləcəyini bildiriblər.
Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin regional bölməsinə müraciət olunub. Qurumdan bildirilib ki, qəza ilə bağlı araşdırma aparılır.
Məsələ ilə bağlı ərazi üzrə polis orqanında da təhqiqat davam etdirilir.