Neftçalanın İkinci Qaralı kəndində azyaşlının ölümü ilə nəticələnən faciəvi hadisənin bəzi təfərrüatı məlum olub.
Məlumata görə, kənd sakini, 24 yaşlı Şəbnəm Allahverdiyevanın (Dövlətova) qucağında olan əkiz körpələrdən biri yerə düşüb. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan biryaşlı uşaq həyatını itirib.
Körpənin atası Səttar Allahverdiyev bildirib ki, həyat yoldaşı ona zəng edərək uşağın vəziyyətinin yaxşı olmadığını deyib:
"Şəbnəm mənə zəng edib dedi ki, uşağın vəziyyəti yaxşı deyil, özünü çatdır. Dedi ki, uşaq ağlayırdı, sakitləşmirdi, səbrim çatmadı, qucağıma alıb silkələdim. Birdən hirs gəldi, yerə çırpdım".
Qohumlarının sözlərinə görə, Şəbnəm Allahverdiyeva (Dövlətova) uşaqlar dünyaya gəldikdən sonra psixoloji çətinliklərlə üzləşib. Onlar bildiriblər ki, qadının uşaqları döydüyünü görməsələr də, doğuşdan sonra əsəb və gərginlik yaşayırdı.
Qeyd edək ki, Şəbnəm Allahverdiyeva şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırma aparılır.
Daha ətraflı Baku TV-nin videomaterialında:
Neftçala rayonunda biryaşlı övladının ölümündə şübhəli bilinən ana saxlanılıb.
Oxu.Az xəbər verir ki, 2001-ci il təvəllüdlü Şəbnəm Dövlətova hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Əli Məmmədov
Neftçalada biryaşlı körpənin ölümünə səbəb kimi ananın övladını qəsdən öldürdüyü iddia olunub.
Oxu.Az xəbər verir ki, hadisə rayonun İkinci Qaralı kəndində baş verib.
Belə ki, 2001-ci il təvəllüdlü Şəbnəm Dövlətovanın əkiz övladlarından birini - 2024-cü il təvəllüdlü A.A.-nı yerə çırparaq öldürdüyü iddia olunur. Bu iddianı qadının həyat yoldaşı irəli sürüb.
Yaxınlarının sözlərinə görə, hadisə baş verən vaxt Şəbnəm evdə tək olub. Onun həyat yoldaşı Səttar Allahverdiyev isə işdə olub. Bu vaxt Şəbnəm Səttara zəng edərək uşaqlardan birinin halının pisləşdiyini və tez evə gəlməsini deyib.
Cütlük üç ildir ki, evlidir və onlar arasında tez-tez mübahisə baş verirmiş.
Qeyd edək ki, Ş.Dövlətova uşaq evlərinin birində böyüyüb.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Əli Məmmədov