Qaradağ rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaş avtomobildə sıxılı vəziyyətdə qalıb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "KamAZ" və MAN markalı yük avtomobillərinin toqquşması nəticəsində qəza hadisəsi baş verib və "KamAZ" markalı yük avtomobilinin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1961-ci il təvəllüdlü Sərdar İnqlab oğlu Rzayev xilas edərək təcili tibbi yardım briqadasına təhvil verilib.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.