Rusiya-Ukrayna müharibəsində itkin düşmüş hesab edilən azərbaycanlının nəşi tapılıb.
Oxu.Az APA-ya istinadən bildirir ki, Astara rayonunun Siyəkəran kənd sakini Vaqif Qazı oğlu Qəhrəmanov Rusiya Silahlı Qüvvələrinin tərkibində döyüş əməliyyatlarında iştirak edərkən həlak olub.
O, bir müddət əvvəl itkin düşmüş hesab olunurdu. Sonradan nəşi aşkar edilib.
Vaqif Qəhrəmanov daha əvvəl Rusiyanın Dağıstan Respublikasının Xasavyurt şəhərində yaşayıb. O, ailəli olub və 5 övlad atası idi.
Onun nəşinin yaxın günlərdə dəfn olunmaq üçün Azərbaycana gətiriləcəyi gözlənilir.
Qeyd edək ki, V.Qəhrəmanov Azərbaycan vətəndaşı olub və Rusiyada muzdlu işçi kimi fəaliyyət göstərib.