Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Sabirabadda avtomobil piyadanı vuraraq öldürüb
Sabirabad rayonunun Qaratoğay kəndi ərazisində avtomobil piyadanı vuraraq öldürüb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Sabirabad-Qaragüney avtomobil yolunun rayonun Qaratoğay kəndi ərazisində asfalt yolda baş verib.
Belə ki, 1954-cü il təvəllüdlü Kərim Əlövsət oğlu Məmmədov idarə etdiyi VAZ-2106 avtomobili ilə hərəkətdə olan zaman yolu keçmək istəyən piyada, rayonun Osmanlı kənd sakini 1966-cı il təvəllüdlü Aslan Yedigar oğlu Xalıqovu vurub.
Nəticədə sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Fakta bağlı Sabirabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-cı maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.