Salyanda baş verən avtomobil qəzasında ölənlərin sayı dörd nəfərə çatıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, qəzada xəsarət alan rayonun Şorsulu kənd sakini Vüqar Tahir oğlu Əsədov həkimlərin səyinə baxmayaraq, xəstəxanada keçinib.
Faktla bağlı araşdırma aparılır.
Salyanda baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin kimliyi məlum olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qəzada həlak olanlar Salyan rayonunun Şorsulu kənd sakinləri - 1987-ci il təvəllüdlü Elnur Faiq oğlu Əhmədov, 1987-ci il təvəllüdlü İlkin Qismət oğlu Qasımov və 1963-cü il təvəllüdlü Nizami Həsənağa oğlu Qasımovdur.
Hadisə zamanı xəsarət alanlar isə 2003-cü il təvəllüdlü Əlifağa Elsevər oğlu Hümbətov, 2001-ci il təvəllüdlü Rəhmiyyə Rəhman qızı Məmmədova və 1972-ci il təvəllüdlü Vüqar Tahir oğlu Əsədovdur.
Salyan rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, qəza rayonun Stansiya yaşayış massivində qeydə alınıb.
İlkin məlumata görə, "Toyota Prado" markalı avtomobil VAZ-2106 markalı avtomobillə toqquşub.
Hadisə nəticəsində iki nəfər həyatını itirib, daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralılar təcili tibbi yardım briqadası ilə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.