Samux Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozduğuna görə "Ford" markalı nəqliyyat vasitəsinin sürücüsü E.Həsənov saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, yoxlama zamanı müvafiq etibarnamə olmadan avtomobil idarə edən həmin şəxsin hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinə zamanı sürücünün narkotik maddə qəbul etdiyi müəyyən olunub. E.Həsənov barəsində toplanmış material baxılması üçün məhkəməyə göndərilib.
