Bakının Səbail rayonunda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri tərəfindən söndürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd olunub ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində dördmərtəbəli binanın birinci mərtəbəsində yerləşən restoranın mətbəxində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Paytaxtın Səbail rayonunun Tərlan Əliyarbəyov küçəsində yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Qeyd olunub ki, Nazirliyin (FHN) "112" qaynar telefon xəttinə Səbail rayonunda yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
Əlavə məlumat veriləcək.