Şəkidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
"Opel" markalı avtomobilin sürücüsü idarəetməni itirib və nəqliyyat vasitəsi ağaca çırpılıb. Nəticədə, sürücü, 47 yaşlı Aftandil Mirzəyev aldığı xəsarətlərdən həyatını itirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12