Ağdamda sirkə turşusundan zəhərlənən gənc qız Bakıya göndərilib.
Oxu.Az "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə rayonun Əfətli kəndində qeydə alınıb.
Kənd sakini, 2008-ci il təvəllüdlü Aytac Hüseynova gecə saatlarında su əvəzinə bilmədən sirkə turşusu içib.
Yaxınları tərəfindən dərhal Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılan gənc qıza ilkin tibbi yardım göstərilib. Həkimlərin qərarına əsasən, müalicəsinin davam etdirilməsi üçün o, paytaxtda yerləşən ixtisaslaşmış tibb müəssisələrindən birinə təxliyə olunub.
Faktla bağlı araşdırma aparılır.
Qaynar xətt:
(055) 224 12 12