Tovuzda baş verən zəlzələ Ermənistanda da hiss olunub.
Oxu.Az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" xəbər yayıb.
Qeyd olunur ki, Ermənistanın Tavuş vilayətindəki bir neçə kənddə yeraltı təkanlar 2-3 bal həddində hiss olunub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən isə, Gədəbəy stansiyasından 45 km şimal-qərbdə, Tovuz rayonunda qeydə alınan zəlzələ episentrdə 4, ətraf rayonlarda 3 bal gücündə hiss olunub.
Tovuz rayonunda zəlzələ olub.
Oxu.Az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.
Yerli vaxtla 08:31-də baş verən zəlzələnin maqnitudası 3.5 olub.
Yeraltı təkanların ocağı 10 kilometr dərinlikdə yerləşib.
