Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyəli pilot: "Təyyarənin salonunda balonun partlaması iddiası insan zəkasına lağ etməkdir"
"AZAL-ın təyyarəsinin salonunda balonun partladığını iddia etmək insan zəkasına lağ etməkdir. Təyyarənin quyruğuna baxsanız, çöldən içəriyə qəlpələrin girdiyini asanlıqla görə bilərsiniz".
Oxu.Az xəbər verir ki, bunu APA-ya açıqlamasında elektronika mühəndisi, kapitan-pilot Ahmet İzgi bildirib.
O qeyd edib ki, AZAL-ın təyyarəsinin qəzaya uğramasının səbəbi transponder kodunun Qroznı tərəfindən verilməsinə rəğmən Rusiyaya aid "Pantsir-S1" hava hücumundan müdafiə sisteminin onu mülki təyyarə deyil, hərbi təyyarə və ya dron olaraq görməsi və sonra atəş açmasıdır.
"İkinci məsələ isə təyyarənin təcili olaraq eniş tələb etdiyi zamanda buna icazə verilməməsi və təyyarəni Xəzər dənizi istiqamətində yönləndirmələridir. Bu da böyük sual yaradır, qəzanın izlərini silmək kimi görünür", - deyə ekspert bildirib.
Ahmet İzgi hadisənin ağır cinayət olduğunu vurğulayaraq, bunu törədənlərin cəzalandırılmasının vacibliyini qeyd edib.
Dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.
"AZAL təyyarəsinin qəzası" teqi üzrə xəbərlər
- Astana AZAL-a məxsus təyyarə qəzasının tam araşdırılması üçün ICAO ilə əməkdaşlığı davam etdirəcək
- Aktaudakı təyyarə qəzasında həlak olmuş ekipaj üzvlərinin əşyaları Tarix Muzeyinə verilib
- Rusiya şirkəti AZAL-ın qəzaya uğramış təyyarəsinə görə sığorta ödənişini edib
- Əli Əsədov AZAL təyyarəsinin qəzasının araşdırılmasında köməyə görə Oljas Bektenova təşəkkür edib
- Qazaxıstan Aktauda baş verən təyyarə qəzasını obyektiv araşdırmağa çağırır