Apr
2022
11:32
180
33
3030
Virtual karabakh

Üç turist kosmosa 11 günlük səfərə yollandı - FOTO/VİDEO

9 Apr, 2022
11:32
3030

Üç turist kosmosa 11 günlük səfərə yollandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“SpaceX”, “Axiom Space”in təşkil etdiyi tur çərçivəsində aprelin 8-də Beynəlxalq Kosmik Stansiyaya (BKS) üç turist göndərib.

Bu, korporasiya üçün ilk kommersiya uçuşudur.

Ekipajda keçmiş NASA astronavtı Maykl Lopez-Aleqria, pilot işini görəcək amerikalı sahibkar Larri Konnor, kanadalı investor Mark Pati və israilli biznesmen Eytan Stibbe var. Onların hamısına tibbi müayinədən və xüsusi hazırlıqdan sonra uçmağa icazə verilib.

BKS-ə səfərin dəyəri 55 milyon dollar (93,5 milyon manat) qiymətləndirilir. Turistlər aprelin 19-da Yerə qayıtmalıdırlar.

 

Mənbə: Associated Press

Bizimlə əlaqə saxlayın

Digər İKT xəbərləri