Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

"Malaysia Airlines" aviaşirkətinin təyyarəsi Bakıda təcili eniş etdi
"Malaysia Airlines" aviaşirkətinin London-Kuala Lumpur reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.
Oxu.Az xəbər verir ki, buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəflətən pisləşməsi olub.
"Airbus A350" təyyarəsi yerli vaxtla saat 6:42-də Bakı hava limanında uğurla eniş edib.
Sərnişinin təxliyəsi üçün operativ şəkildə xüsusi texnika - ambulator lift istifadə edilib və ona dərhal ilk tibbi yardım göstərilib. Daha sonra isə sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.
"Heydər Əliyev Beynəlxalq Aeroportu (Hava limanı) GYD" teqi üzrə xəbərlər
- Banqkok-Helsinki sərnişin təyyarəsi Bakıya məcburi ENİŞ ETDİ
- İntensiv yağıntılar və güclü külək Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə necə təsir edib?
- "Air Astana" aviaşirkəti Bakı aeroportuna məcburi enişlə əlaqədar açıqlama yaydı
- KİV: "Trampın xüsusi elçisi Bakıya gəlib"
- Əmisi oğlunun pasportu ilə Bakıya uçan şəxs tutuldu - "İspaniya planı" DEŞİFRƏ OLDU
Ən çox oxunanlar