Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

AZAL ictimaiyyətə müraciət edib
Son zamanlar sosial şəbəkələrdə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin adından saxta reklam kampaniyalarının təşkili halları müşahidə olunur.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunur ki, kibercinayətkarlar AZAL-ın adından vətəndaşlara şirnikləndirici şərtlər vəd edir, "investisiya layihəsi"nin təbliğatını apararaq saxta platformalar vasitəsilə sorğudan keçməyə dəvət edirlər.
Bu dələduzluq hərəkətləri vətəndaşlar üçün ciddi maddi itkilərə səbəb ola bilər.
"Azərbaycan Hava Yolları ictimaiyyəti ayıq olmağa və bu cür kampaniyalara inanmamağa çağırır. Vətəndaşlar AZAL-ın fəaliyyəti haqqında məlumatları aviaşirkətin rəsmi mənbələrindən, rəsmi internet saytından və sosial şəbəkələrdəki təsdiqlənmiş hesablarından əldə edə bilərlər.
Əgər fırıldaqçılıq fəaliyyəti ilə rastlaşsanız, AZAL təqdim olunan saxta keçidlərə klikləməməyi, şəxsi məlumatlarınızı verməməyi, dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi, həmçinin paylaşımları şikayət etməyi tövsiyə edir", - deyə məlumatda qeyd olunur.
"Azərbaycan Hava Yolları QSC (AZAL)" teqi üzrə xəbərlər
- AZAL maydan bir sıra istiqamətlərdə uçuşların sayını artırır
- AZAL: "2032-ci ilə qədər aviaparka yeni "Airbus" və "Boeing" təyyarələri daxil olacaq"
- İlk dəfə Qafqazda Aviasiya Enerji Forumu Azərbaycanda keçiriləcək
- Təyyarə qəzasında həlak olan ekipaj heyəti və sərnişinlərin xatirəsi əbədiləşdirilib
- AZAL və Moldova nümayəndələri arasında görüş keçirildi