2024 və 2028-ci il Yay Olimpiya Oyunları Paris və Los-Anceles şəhərlərində keçiriləcək.
Oxu.Az-ın Reuters-ə istinadən məlumatına görə, belə bir qərar çərşənbə axşamı, iyulun 11-də, Beynəlxalq Olimpiya Komitəsinin Lozannada keçirdiyi iclasında qəbul olunub.
İclasda Olimpiya Oyunlarından birini (2024 və ya 2028) Parisə, digərini isə Los-Ancelesə verilməsi təklif edilib.
Ardıcıllıq BOK-un sentyabrda Limada (Peru) keçirəcəyi 131-ci sessiyasında müəyyən ediləcək.
Qeyd edək ki, Paris sonuncu dəfə 1924-cü ildə Olimpiya Oyunlarına ev sahibliyi edib.
2020-ci il Yay Olimpiya Oyunları Tokioda keçiriləcək.
S.B.
www.oxu.az