NBA-da çıxış edən "Oklahoma" komandasının oyunçusu Gilces-Aleksanderin evi qarət edilib.
Oxu.Az xəbər verir ki, bu barədə "News 9" məlumat yayıb.
Məlumata görə, hadisə "Vaşinqton Kapitals"a qarşı oyun zamanı baş verib.
Qeyd edək ki, cari mövsümdən əvvəl 27 yaşlı basketbolçu "Oklahoma Siti" ilə yeni müqavilə imzalayıb və NBA tarixində ən yüksək illik maaşı (71,25 milyon dollar) qazanıb.