Kino ulduzu Kolin Farrell rejissor Stiven Spilberqin "Minority Report" filminin çəkiliş meydançasında başına gələn maraqlı bir hadisədən danışıb.
Oxu.Az "The Guardian"a istinadən xəbər verir ki, aktyor çəkiliş meydançasına o qədər sərxoş halda gəlib ki, epizodların birində sözləri aydın şəkildə ifadə edə bilməyib. Həmin səhnə 46 dəfə təkrar çəkilib.
Bu, baş rolun ifaçısı Tom Kruzu qəzəbləndirib.
Qeyd edək ki, filmin çəkilişləri 2002-ci ildə aparılıb. Hadisədən üç il sonra Farell narkotik və alkoqol asılılığından qurtulmaq üçün reabilitasiya mərkəzinə müraciət edib.